ABŞ kəşfiyyat orqanları İran prezidenti İbrahim Rəisinin helikopterinin sərt eniş edərək yerə çırpılmasının qəza olduğunu düşünür. Bu barədə Senatda Demokratlar Partiyasının çoxluğunun lideri Çak Şumer “NBC News”-a bildirib. Onun sözlərinə görə, amerikalı ekspertlər qəzanın qəsdən törədilməsinə dair heç bir dəlil tapmayıblar.
“Helikopterin qəzaya uğradığı İranın şimal-qərbində çox pis, dumanlı hava olub. Beləliklə, bu, qəza kimi görünür, lakin iş hələ də araşdırılır”, - Şumer bildirib.
Eyni zamanda, İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif hesab edir ki, İran prezidentinin ölümündə ABŞ-ın əli var. Keçmiş diplomat xatırladıb ki, Vaşinqton prezidentin helikopteri üçün hissələrin tədarükünə qadağa qoyub. Onun sözlərinə görə, bu, mühərrikin aşınmasına və qəzaya səbəb olub.
Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub. Ölkədə beş günlük matəm elan edilib.
İranda təxminən iki aydan sonra prezident seçkisi keçiriləcək. Mühafizəkarlar öz tərəfdarlarından birinin prezident seçilməsinə çalışacaqlar. Ali dini lider də İbrahim Rəisini əvəz edəcək şəxsin mühafizəkarların düşərgəsindən olmasını istəyəcək. Musavat.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun fikrincə, İranda son prezident seçkisi səs verənlərin sayının xeyli azalmasıyla müşahidə olunmuşdu: “Şərti islahatçılar kimi qiymətləndirilən qrupun seçkidə uğur qazanacağını söyləmək çətindir. Mühafizəkarlar İsrailin obrazında xarici düşmənlə mübarizə fonunda mövqelərini əllərindən verməməyə çalışacaqlar”.
“Əgər helikopter uçuş zamanı ciddi texniki problemlə üzləşirsə, pilotun birinci vəzifəsi təyyarəni idarə etməkdir, rabitə yaratmaq isə ikinci plana keçir”. Bu barədə amerikalı aviasiya mütəxəssisi Kayl Beyli “Əl Cəzirə” telekanalına açıqlamasında deyib. O bildirib ki, görüntülərdə helikopterin iki hissəyə parçalandığı əks olunub: “Biz qəza zamanı helikopterdən hər hansı bir təcili əlaqə yaradılmasını görmədik. Çünki pilot çox ehtimal ki, helikopteri endirməyə və ya onu havada saxlamağa fokuslanıb.
Böyük ehtimalla helikopterin quyruq rotoru kəsilib, bu da əsas rotor qanadının quyruğa dəyməsinin nəticəsində baş verə bilər. Belə aydın olur ki, pilot helikopteri endirmək üçün manevr edərkən texniki problemlər yaranıb. Helikopterin saat əqrəbinin əksinə fırlandığını nəzərə alsaq, quyruq rotorunun sıradan çıxdığı qənaətinə gələ bilərik”.
Azərbaycanın Tehranda səfirliyi iyuldan yeni binada fəaliyyətə başlayacaq. İran Azərbaycan səfirliyinin fəaliyyətinin təhlükəsizliyi üçün yeni bina ayırıb və hazırda orda uyğunlaşdırılma işləri aparılır.
TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu və siyasi ekspert Elşad Paşasoy İran rəhbərliyinin helikoper qəzasında ölümü ilə bağlı son prosesləri dəyərləndirir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı: