ABŞ prezidentliyinə namizəd olan Vivek Ramasvami açıqlamaları ilə özünü biabır edib.
Musavat.com teleqram kanallarına istinadən xəbər verir ki, o, mövcud reallıqlar barədə o qədər az məlumatlıdır ki, ABŞ hakimiyyətini “Azərbaycanı silahla təmin etməkdə” və ona “907-ci düzəlişdən yan keçməyə” kömək etməkdə ittiham edib.
Vivekin son hadisələrdən hələ də xəbəri yoxdur. Obrazlı formada desək, ciddi şübhələr var ki, Vivek yenilənmə yazmağı unudan proqramlaşdırılmış bir botdur.
Musavat.com