ABŞ Prezidentinin müşaviri İsrailə gedib

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İsrailə gedib. O, ölkə Prezidenti İsxak Hersoqla görüşüb.

“Report” xəbər verir ki, bu barədə İ.Hersoq “X”də yazıb.

Tərəflər İsraillə HƏMAS arasında davam edən müharibəni müzakirə ediblər.

İsrail Prezidenti dəstəyə görə ABŞ rəsmisinə təşəkkür edib.

15.12.2023 13:21
264