Federal müstəntiqlər ABŞ prezidentinin analitik mərkəzində və evində vitse-prezidentlik (2008-2016) dövrünə aid məxfi sənədlərin aşkarlanması işi üzrə Co Baydenin vəkili Patrik Muru dindiriblər.
CNN telekompaniyası bu barədə öz mənbələrinə istinadla məlumat yayıb. Prezidentin yaxın ətrafından bir neçə nəfərin, o cümlədən onun sabiq köməkçisi Keti Çanqın da dindirildiyi bildirilir.
Co Baydenin ofisində məxfi sənədlərin aşkarlanması barədə məlumat Birləşmiş Ştatların Baş prokurorluğuna ötən il noyabrın 4-də daxil olub, dekabrın 20-də belə sənədlər hazırkı prezidentin evində də tapılıb. CNN-in mənbələri bildiriblər ki, həmin sənədlərdə Ukrayna, İran və Böyük Britaniya ilə bağlı kəşfiyyat məlumatları yer alıb.
Yanvarın 12-də Baş prokurorluq Co Baydenin məxfi sənədləri lazımi qaydada saxlamaması barədə təhqiqata başlayıb (AZƏRTAC).