ABŞ Kosmik Qüvvələri 2025-ci ildə Rusiya və Çin peyklərinin işinə mane olmaq üçün silah əldə edəcək.
"Meadowlands" adlanan sistem "L3Harris" tərəfindən hazırlanıb. Yeni kompleks 2020-ci ildən istismarda olan "Counter Communications System" müdaxilə generatorunun yüngül versiyasıdır.
ABŞ kosmik sistemlərinin komandanlığı "Meadowlands"ın bütün sistem sınaqlarının sentyabr ayında tamamlandığını bildirib. 2025-ci ilin birinci rübündə ilk beş kompleksin nə vaxt işlək vəziyyətə gətirilə biləcəyi müəyyənləşdiriləcək.
Ümumilikdə ABŞ ordusu 32 "Meadowlands" kompleksi əldə etmək niyyətindədir.//Oxu.Az