"Bu il dünyada seçki ili olaraq xarakterizə olunur, 60-dan çox ölkədə seçkilər keçirildi. Bir çox ölkədə siyasi mənzərəni dəyişəcək nəticələr əldə olundu. Avropa İttifaqı, Böyük Britaniya, ABŞ və s. Digər heç bir seçkinin nəticələri prosesə təsir etmir".
Bunu Musavat.com-a açıqlamasında COP29-un baş danışıqçısı Yalçın Rəfiyev ABŞ-də seçkinin nəticələrini, yeni prezident Donald Trampın Paris İqlim Sazişindən yenidən çıxma ehtimalı ilə bağlı danışarkən bildirib.
Y. Rəfiyev qeyd edib ki, bu qədər insanı bir araya gətirən platforma hansısa dövlətin siyasətindən asılı deyil:
"Kimin seçilməsindən asılı olmayaraq, iqlim dəyişir. İqlim maliyyəsinə ehtiyac hansısa siyasi dəyişiklikdən asılı olmayaraq, həmişə olacaq. Bu baxımdan biz bu məsələyə konkret dövlətin və ya siyasi hakimiyyətin münasibəti nöqteyi-nəzərindən yox, ehtiyaclar və ehtiyacları qarşılamaq üçün olan siyasi qətiyyət nöqteyi-nəzərindən baxırıq".
Nigar HƏSƏNLİ,
Musavat.com