ABŞ-nin müdafiə şirkəti skat balığına bənzəyən “Manta Ray” aparatı istehsal edib.
O, gələcəyin müharibələrini dəyişdirə biləcək yeni texnologiyalara uyğun olaraq hazırlanır.
Qeyd olunur ki, skata bənzəməklə yanaşı, o, dənizdə qığırdaqlı balıqların hərəkətlərini təkrarlaya bilir. Pilotsuz üzən aparat suyun dibində qala biləcək. Hazırda dronun özü üçün enerji istehsal etməsinə kömək olacaq texnologiyalar hazırlanır.
Qurğuda drondan peyklərə məlumat ötürəcək antenin quraşdırılması planlaşdırılır. Bu cihazın hələ optimal avtonomluq səviyyəsinə çatmalı olduğu bildirilir.
Alimlərin dronlarla həyata keçirməyi planlaşdırdıqları digər ideyalara xəritəçəkmə, mina aşkarlama və passiv müşahidə daxildir.