ABŞ-nin vitse-prezidenti və ən yüksək dövlət postuna Demokratlar Partiyasından namizəd Kamala Harris seçkilərdə qalib gələcəyi təqdirdə qeyri-qanuni miqrasiyaya qarşı tədbirləri sərtləşdirmək niyyətindədir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə cümə günü Meksika ilə sərhəddə yerləşən Duqlas şəhərində (Arizona) mitinqdə çıxış edərkən bildirib.
“Prezident kimi mən təkcə Donald Trampın üzündən iflasa uğrayan sərhəd təhlükəsizliyinə dair qanun layihəsini geri qaytarmayacağam. Qeyri-qanuni sərhəd keçidlərini azaltmaq, sərhədimizin təhlükəsizliyini təmin etmək üçün daha çox çalışacağam. "Mən əlavə tədbirlər görəcəyəm ki, buraxılış məntəqələri arasındakı sərhədlərin bağlanmasını təmin etmək mümkün olsun", - Harris deyib.
“Sərhədimizdən qeyri-qanuni keçənlər saxlanılacaq, ölkədən çıxarılacaq və 5 il müddətinə yenidən ölkəyə giriş qadağan ediləcək. Dəfələrlə qanun pozuntularına yol verənlərə qarşı daha ağır cinayət işləri başladacağıq. Əgər kimsə qanuni giriş məntəqəsində sığınacaq üçün müraciət etməzsə və bunun əvəzinə sərhədimizi qanunsuz keçərsə, onlara sığınacaq istəmək qadağan olunacaq”, - prezidentliyə namizəd bildirib.
Musavat.com