ABŞ-nin ilk seçki məntəqəsində namizədlər bərabər səs toplayıb

ABŞ-nin şimal-şərqində yerləşən Diksvil Noç kəndinin sakinləri prezident seçkilərində ilk olaraq səs veriblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 1960-cı ildən formalaşan ənənəyə uyğun olaraq, ABŞ-da ilk dəfə olaraq burada seçki məntəqəsi açılır.

Qeyd olunur ki, səsvermə başlayandan cəmi bir neçə dəqiqə sonra başa çatıb, çünki orada cəmi altı seçici var. Respublikaçı namizəd Donald Tramp və onun rəqibi Kamala Harris bərabər sayda – hərəyə üç səs toplayıb.

Diksvill Noçda səsvermə yerli vaxtla saat 0:00-da başlayıb. Seçki məntəqəsi ənənəvi olaraq sözügedən kənddəki “Balsams Hotel”də yerləşir.

Məhz orada “Balsams Hotel” 1960-cı ildə gecə yarısı səsvermə təşkil edib. Müvafiq qərar səsvermənin nəticələrini tez əldə etməyə imkan verib. O vaxtdan bəri, Diksvill Noç ABŞ-da seçkilərin ilk nəticələrini göstərən bölgə kimi tanınır.

Musavat.com

05.11.2024 12:09
497