ABŞ: NATO-nun Ukraynanı alyansa dəvət etməyə hazırlığı yoxdur


ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Julian Smith, NATO-nun Ukraynanı alyansa dəvət etməyə hazır olmadığını bildirib.ğ

O, Avropa İttifaqının (Aİ) silah almasına qoyulan məhdudiyyətlərin, Ukraynaya kömək göstərməkdə əngəl yaradacağını vurğulayıb.

"Bu məhdudiyyətlərin Ukraynaya və silah çatışmazlığı yaşayan digər NATO ölkələrinə qısa müddətdə kömək edəcəyinə əmin deyiləm," – Smith deyib.

Musavat.com-un xarici KİV-ə istinadən məlumatına görə Smith Aİ-nin silah alımlarının müstəqil şəkildə həyata keçirilməsinin, həmçinin NATO-nun dəstəklədiyi müdafiə səylərinə mane ola biləcəyini əlavə edib.

23.10.2024 15:24
172