ABŞ müttəfiqlərindən Rusiyanın xahişini edir - sanksiya məsələsi

ABŞ avropalı tərəfdaşlarına Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün yeni plan təqdim edib. Əsas məqamlardan biri hərbi əməliyyatların dayandırılacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların qismən yumşaldılmasına baxılması təklifidir.

Musavat.com xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, Fransa, Almaniya, Böyük Britaniya və Ukrayna nümayəndələri ilə görüşlərin keçirildiyi Parisdə detallar müzakirə edilib. Plan təmas xəttinin dondurulmasını, Rusiyanın nəzarəti altında olan yeni ərazilərin effektiv şəkildə mühafizəsini nəzərdə tutur. Bunun müqabilində Qərb Moskvaya qarşı əvvəllər tətbiq edilmiş məhdudiyyətlərin bir hissəsini yumşaltmaq barədə düşünməyə hazırdır.

Parisdə keçirilən danışıqlarda Fransa prezidenti Emmanuel Makron, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və yüksək səviyyəli Avropa rəsmiləri iştirak ediblər. Avropa liderləri Amerikanın sülh prosesinin irəliləyişinə dair səylərini dəstəklədiklərini, lakin Rusiyanın münaqişəyə son qoymaq üçün ciddi niyyət nümayiş etdirməli olduğunu vurğuladılar.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib ki, prezident Donald Trampın administrasiyası real irəliləyiş qeydə alınmasa, danışıqlarda əlavə səylərdən imtina edə bilər.

Musavat.com

 

18.04.2025 18:12
278