ABŞ mövqeyini açıqladı: İran üçün dəhşətli nəticələri olacaq

ABŞ administrasiyası hesab edir ki, İsrailə qarşı hazırkı raket hücumunun İran üçün ciddi nəticələr verəcək. Musavat.com xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, "bu gün İran İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atıb” : “Prezident Co Bayden və vitse-prezident Kamala Harris, şəxsən və uzaqdan iştirak edən milli təhlükəsizlik köməkçiləri ilə birlikdə Ağ Evin Situasiya Otağından hücumu və cavabı izlədilər".

Ağ Evdə xüsusi brifinqdə çıxış edən ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Vaşinqtonun Tehrana cavabının sanksiyalardan kənara çıxa biləcəyi ilə bağlı sualın qaldırılmasını qanuni adlandırıb. "Tamamilə qanuni sualdır. Cavab isə israilli həmkarlarımızla danışıqlar və məsləhətləşmələrə əsaslanacaq. Burada sizin qarşınızda dayanaraq cavab vermək üçün hələ tezdir. Biz bu hücumun olduğunu açıq şəkildə bildirdik. Onun nəticələri, dəhşətli nəticələri olacaq və biz israillilərlə birlikdə bunun belə olduğuna əmin olmaq üçün işləyəcəyik”.

Musavat.com

01.10.2024 23:36
850