ABŞ Minsk Qrupuna yeni həmsədr təyin edib

ABŞ Dövlət Departamenti Qafqaz üzrə yeni baş məsləhətçi təyin edib.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken “Twitter”də bildirib.

“Mən səfir Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi və Minsk qrupunun həmsədri təyin etdim. Səfir Rikerin təyinatı Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həllinə sadiqliyimizi bir daha təsdiqləyir”, Blinken qeyd edib.

25.08.2022 10:53
857