ABŞ məxfi xidməti keçmiş prezident Donald Trampı həbsdə olsa belə, mühafizə edəcək.
Azpost.info xəbər verir ki, Xidmət Konqresin 1965-ci ildə qəbul etdiyi akta əsasən, ölkənin keçmiş prezidentlərinin təhlükəsizliyinə nəzarət etməyə borcludur.
“1965-ci ildən bəri Birləşmiş Ştatların məxfi xidməti qanunla keçmiş dövlət başçılarını qeyd-şərtsiz müdafiə etməlidir. Ona görə də Tramp həbsdə olsa belə, bu mtiyazdan istifadə edə biləcək”, – məlumatda deyilir.
Sənəddə o da qeyd olunur ki, keçmiş prezident və həyat yoldaşı imtina etmədikləri təqdirdə, ömürlük mühafizə olunacaqlar.