ABŞ Mərkəzi Bankının itkiləri 100 milyard dolları ötdü

ABŞ Federal Ehtiyat Sisteminin (FED) itkiləri 100 milyard dollar həddini keçib və 2025-ci ilə qədər 2 dəfə arta bilər.

Musavat.com-un “Reuters”ə istinadla məlumatına görə, FED sahib olduğu istiqrazlar üzrə faizlərdən və maliyyə sektoruna göstərdiyi xidmətlərdən daha çox faiz xərcləri ödəməyə davam edir.

Materialda deyilir ki, bəzi müşahidəçilər FED-in bir il əvvəl başlayan itkilərinin sonda iki dəfə arta biləcəyini düşünürlər. Keçmiş FED rəsmisi Vilyam İnqlişə görə, itkilər 2025-ci ilə qədər təxminən 200 milyard dollar ola bilər.

“FED öz itkilərini təxirə salınmış aktivlər adlandırır, bu, mənfəəti Xəzinədarlığa qaytarmaq üçün gələcəkdə nəyi mənimsəməli olacağını göstərən mühasibat tədbiridir”, - deyə məlumatda qeyd edilir.

2022-ci ilin mart ayında faiz dərəcəsini sıfıra yaxın səviyyədən 5,25-5,50 faizə qaldıran aqressiv faiz artımı kampaniyasını nəzərə alsaq, FED-in zərərlə işləməsi təəccüblü deyil. 2022-ci ilin iyun ayında ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini 0,75 faiz bəndi artırıb. Bu, 1994-cü ildən bəri faiz dərəcələrindəki ən böyük artım idi.

2022-ci ilin iyulunda “JPMorgan” ABŞ iqtisadiyyatının tənəzzül astanasında olduğunu açıqlayıb. İqtisadçılar proqnozun pisləşməsini istehlakçı tələbinin zəifləməsi ilə əlaqələndiriblər. 2022-ci il oktyabrın 2-də mətbuatda ABŞ-ın müharibənin sonuna qədər Ukraynaya hər ay 1,5 milyard dollar ayırmağa hazır olduğu barədə məlumatlar yayılıb.

2023-cü ilin martında “JPMorgan Chase & Co” şirkətinin baş direktoru Ceymi Dimon Ukraynadakı müharibənin ABŞ iqtisadiyyatı üçün əsas problemə çevrildiyini söyləyib. O, həmçinin qeyd edib ki, ABŞ hələ də nisbətən mülayim resessiyaya ümid edir.

Musavat.com

16.09.2023 22:41
426