ABŞ Federal Ehtiyat Sisteminin (FRS) Açıq Bazar Rəhbər Komitəsinin üzvləri bu il ərzində baza faiz dərəcəsinin aşağı salınmasını mümkün sayırlar. Bununla belə, onlar məzənnə ilə bağlı vəziyyətin özünü son dərəcə qeyri-müəyyən hesab edirlər. Bunu Komitənin 12-13 dekabr 2023-cü il tarixlərində keçirilən iclasının yanvarın 3-də yayılan hesabatı sübut edir.
Sənəddə qeyd edilir ki, komitə üzvləri belə bir addımın nə vaxt atılacağını dəqiqləşdirməsələr də, 2024-cü ildə faiz dərəcəsinin aşağı salınması ehtimalının “yüksə” olduğu qənaətinə gəliblər. Protokolda bildirilir ki, iştirakçılar faiz dərəcəsi siyasətinin perspektivini müzakirə edərkən bunun iqtisadiyyatın necə inkişaf etməsindən asılı olduğunu qeyd etməklə yanaşı, faiz dərəcəsini bu sərtləşdirmə dövrü üçün pik nöqtədə və ya ona yaxın hesab etdilər. Sənədə görə, Komitə üzvləri növbəti üç il ərzində dərəcələrin ardıcıl azaldılmasını gözləyirlər. Maliyyə tənzimləyicisi ölkədə inflyasiya ilə mübarizədə əldə edilən irəliləyişlərə diqqət çəkib.
Qeyd edək ki,bazarlar Amerika Mərkəzi Bankının bu il 6 dəfə faiz dərəcəsinə baxaraq, onu 3,75-4 faizə endirəcəyini gözləyir.
Musavat.com