ABŞ Meksikanı hərbi güc tətbiq etməklə təhdid etdi - Böyük savaşın anonsu

Birləşmiş Ştatlar Meksikanı, əgər ölkə hökuməti Donald Trampın sərhəd məsələləri ilə bağlı tələblərini yerinə yetirməsə, hərbi güc tətbiq etməklə təhdid edib.

Musavat.com xəbər verir ki, ABŞ-ın müdafiə naziri Pit Hegset Meksika təhlükəsizlik xidmətlərinin yüksək vəzifəli nümayəndələri ilə keçirdiyi görüşdə Meksika hakimiyyətinin narkokartelləri və sərhəd üzərindəki qaçaqmalçılıq fəaliyyətlərini öz gücləri ilə dayandıra bilməməsi halında ABŞ-ın hərbi əməliyyatlar həyata keçirə biləcəyini bildirib.

Meksika hüquq-mühafizə orqanlarının nümayəndələri Hegsetin bu açıqlamasından şok olduqlarını və qəzəbləndiklərini bildiriblər. ABŞ rəsmisi ölkəsinin Meksika ərazisində genişmiqyaslı hərbi əməliyyat keçirməyə hazır olduğunu açıq şəkildə bəyan edib.

Musavat.com

01.03.2025 12:43
491