ABŞ Maduroya görə 50 milyon dollar mükafat təyin etdi

Birləşmiş Ştatlar Venesuela prezidenti Nikolas Maduronun tutulmasına yardım edənə 50 milyon dollar mükafat vəd edib.

Musavat.com xəbər verir ki, ABŞ-nin Baş prokuroru Pam Bondi bildirib ki, Maduro ölümcül narkotiklərin və zorakılığın yayılmasında xarici terror təşkilatları ilə əməkdaşlıq edir.

“Bu günə qədər ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi (DEA) Maduro və onun şəbəkəsi ilə əlaqəli 30 ton kokain, o cümlədən birbaşa Maduronun özü ilə əlaqəli təxminən 7 ton kokain ələ keçirib. Bu narkotik ticarəti Venesuela və Meksikada fəaliyyət göstərən təhlükəli kartellər üçün əsas gəlir mənbəyidir,” – deyə Pam Bondi açıqlamasında vurğulayıb.

ABŞ rəsmiləri bu addımı “tarixi mükafat” kimi dəyərləndirir və beynəlxalq ictimaiyyəti Maduronun məsuliyyətə cəlb olunmasında əməkdaşlığa çağırır.

Musavat.com

08.08.2025 13:50
357