ABŞ Livandakı vətəndaşlarını ölkəni təcili tərk etməyə çağırdı

ABŞ-ın Livandakı səfirliyi ölkədəki amerikalıları “dərhal” Livanı tərk etməyə çağırıb.

Musavat.com Amerikanın səsi-nə istinadən xəbər verir ki, səfirlik təxliyə üçün təyyarə reyslərinin sonsuza qədər davam etməyəcəyini bəyan edib.

Oktyabrın 12-də İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində BMT-nin iki sülhməramlısı yaralanıb. BMT-nin baş katibi Antonio Quterreş və bir sıra Qərb ölkələrinin nümayəndələri İsrail ordusunun hücumunu pisləyib. BMT-nin sülhməramlı qüvvələri bunu "ciddi inkişaf" adlandırıb və bildiriblər ki, BMT personalının və əmlakının təhlükəsizliyinə zəmanət verilməlidir.

Avropa diplomatiyasının rəhbəri Josep Borrell İsraildən açıqlama tələb edib.

 

Musavat.com

15.10.2024 01:02
171