“ABŞ-la danışıqlar üçün İstanbul əlverişli platformadır”- Rusiya XİN

“Rusiya ilə ABŞ arasında danışıqlar üçün İstanbul əlverişli platformadır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

XİN rəsmisi hesab edir ki, bununla belə, Rusiya tərəfi hələlik ABŞ rəsmilərinin hərəkətlərində konstruktiv yanaşma görmür: “İstənilən təmas faydalıdır. Lakin təəssüf ki, biz ABŞ tərəfinin konkret nəticələrə yönəlmiş konstruktiv yanaşmasını görmürük”.

12.12.2022 13:06
429