ABŞ Konqresinin sanksiyalarına dair qanun layihəsi: süni ajiotaj, reallıq və mümkün ssenarilər

Tahirə Allahyarova, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, professor

Tahirə Allahyarova.JPG (23 KB)

 Aprelin 22-də “Turan” İA-nin Vaşinqton müxbiri Aleks(Ələkbər)Raufoğlu- “X”sosial şəbəkəsində “təcili” başlıqla  bir qrup Amerika konqresmenin qarşıdakı  həftədə  Azərbaycana qarşı sanksiyaları haqqında qanun layihəsi təqdim edəcəyi ilə bağlı paylaşım edib, məlumatı özünün Konqresdəki mənbələrdən aldığını bildirib.  A.Raufoğıu sanksiya tətbiq ediləcəyi ehtimal edilən 41 nəfərin adları olan tam siyahını da səhifəsində dərc edib. Xüsusilə vurğulayaq ki, “informasiya sızıntısı”-leaks)-sayılacaq  xəbərin nə dünyada, nə də özəlliklə erməni mediasında olmadığı fonda, yalnız Aleks Raufoğu tərəfindən “təcili”-ajiotaj üslubda tirajlanması diqqəti cəlb edir. “Qanun layihəsi və siyahını” ilk olaraq Raufoğlunun yayması-onunla erməni diasporu arasında sıx münasibətlər, daha dəqiq deyilsə, işbirliyi təbii suallar yaradır.

Soçi görüşünə ABŞ-dan baxış – Aleks Raufoğlu Çətin sual qarşısında

Aleks(Ələkbər)Raufoğlu

Sanksiya mövzusu aprelin 23-dən ölkəmizdə yerli media və sosial şəbəkələrdə sürətlə tirajlanmağa, habelə, “5-ci kalon” dərhal mövzunu istismar etməyə başladı. Xəbəri ilk yayan Osmanqızı  bu kanalda hər hansı şərh vermədi. İlk günlərdə (22-24 aprel) 5-ci kalonun tirajladığı “sanksiya xəbəri” ilə bağlı nə Osmanqızı kanalında “mənzillənən“ Raufoğlu, nə də xaricdən yönləndirilən digər kanallar hər hansı müzakirələr açmadı. İlk paylaşımından 4 gün sonra, yalnız aprelin 26-da Ə.Raufoğıu Turan İA-nın saytında sanksiyalarla bağlı məqalə dərc etdi.[1] Bütövlükdə isə, xəbərlə bağlı  əsas müzakirələr  xarici mühacirlərin platformalarından daha çox-yerli mediada və  ölkədəki  5-ci kalona” aid platformalarda gedir.  

  • Azərbaycan rəsmilərinə qarşı sanksiya ideyası: yaranması və tirajlanmasının xronoloji izlənməsi nə deyir?

Sonradan "Azərbaycanda Sanksiyalara Yenidən Baxış Aktı 2024"   adı altında tirajlanan sənədin məzmunu-yəni Azərbaycana qarşı sanksiyalarla bağlı fikir ilk dəfə, 18 aprel 2024-cü il tarixində “Soyqırıma ədalət: Kapitoliyada[2] Erməni Soyqırımını Anma Günü və Artsax/Ermənistanın Yenidən Təqdimatı(Justice for Genocide: Capitol Hill Armenian Genocide Commemoration & Rededication to Artsakh/Armenia)”adlı tədbirdə səslənib.Tədbiri Amerikadakı erməni diasporu və lobbisinin “ağır artilleriyaları”: 1.Amerika Erməni Milli Komitəsi (ANCA), 2.Amerika Erməni Assambleyası (Armenian Assembly of America,AAA) və 3.Konqres Erməni Qrupu (Congressional Armenian Caucus),4. ABŞ “Konqresində Çalışan Erməni Əsilli İşçi Heyət Assosiasiyası” (Congressional Armenian Staff Association, CASA)  birgə təşkil edib. Konqresin “ikipartiyalı, ikipalatalı koalisiyası”ndan 20 nəfər senator,  ANCA-nın Vaşinqton ofisinin rəhbəri Aram Hamparyan, Erməni Apostol Kilsəsi və icma  təmsilçiləri və s. iştirak etdiyi tədbir bütün internet platformalarda canlı  yayımlanıb.

French Armenian Astrid Panosyan named Knight of the French National Order  of Merit

Astrid Panosyan

Əsas məruzəçinin Fransa Milli Assambleyasının  üzvü, prezident E.Makronun partiyasında onun müavini Astrid Panosyan-Buvetin olması-əsas tapşırığın  Fransadan gəlməsinə dair  ehtimallar da yaradır.  

Toplantının məqsədi:indiyə qədər “Erməni Soyqırımına (1915)  ədalətə” həsr olunmuş  tədbirlərin, özəlliklə-Azərbaycanın anti-terror əməliyyatından sonra  ilk dəfə qeyd edilən 109-cu ildönümdə, indən belə onu “Artsax Soyqırımına Ədalət”lə (2023)   birləşdirmək, soyqırıma yenidən baxmaq, davamına yol verməmək, günahkarları cəzalandırmaq-olub. Erməni Soyqırımını Anma Günü-nə hazırlıq tədbirinin daha fundamental məqsədi, bu yeni məzmunu 24 aprel tarixində ABŞ prezidenti Jo Baydenin nitqinə “yerləşdirməklə” mesaj verməyə məcbur etmək, ənənəyə çevriməklə, sanksiyalar ritorikasına start vermək kimi olub.

About Dina Titus | U.S. Congresswoman Dina Titus

Dina Titus

Tədbirin stenoqramı və You Tube-da canlı yayımını izlədikdə, başqa məruzəçilərlə müqayisədə sanksiya ilə bağlı qanun layihəsinin müəllifi kimi adı çox hallanan Dina Titusun çıxışına nisbətən daha az yer verildiyi məlum olur. Dina Titus əvvəlcə Konqresdə erməni katolikos  1-ci Aramın 10 noyabr 2013-cü ildə Konqres iclasını açılışını etməsi, “Artsax” üçün duaları unutmamaqla bağlı müraciətini xatırladır. Çıxışın sonunda “gələn həftə  “2024-cü il Azərbaycan Sanksiyalarına Yenidən Baxış Aktı”ının(The ‘‘Azerbaijan Sanctions Review Act of 2024’’layihəsinin   təqdim edəcəyini deyir. Sitat: “Layihə -Artsaxda etnik təmizləməni idarə edən və ya həyata keçirən Azərbaycan rəsmilərinə qarşı müxtəlif sanksiyalar tətbiq etməyi əks edəcək. Onların etdiklərinin əvəzini ödəmək vaxtı çatıb”. D.Tutsi paltarındakı “artsaxla”bağlı döş nişanına and içərək, erməniləri həmişə müdafiə edəcəyinə, sanksiyalara nail olacağına  söz verir. D.Titusun çıxışı haqda ANCA-nın çox qısa məlumatı:

Haşiyə:göründüyü kimi, D.Titusun çıxışında AZƏRBAYCANDA İNSAN HÜQUQLARI İLƏ bağlı bir kəlmə belə bəhs edilmir. ANCA rəsmisi Aram Hamparyan tədbiri bu cür yekunlaşdırır: “Konqres üzvlərinin bu gecə prezident Baydenə verdiyi vahid mesaj belə idi: “Azərbaycanı silahlandırmaqdan əl çəkin. Əliyevi məsuliyyətə cəlb edin. Ermənilərin sağ-salamat Artsaxa qaytarılmasına başlayın”. 

Alex Raufoglu LinkedIn'de: #standwithukraine

Co Bayden

Dina-Alice Costandina- Titus  1993-cü ildən  Nevada ştatında deputat, 2013-ildən isə Konqresə Nevadadan seçilən senatordur. Las-Veqas şəhərinin adı ilə tanınan Nevadada ermənilərin o qədər də çox olmadığı (ştat əhalisinin 0.6%-i), bununla yanaşı, mütəşəkkil   təşkilatlandığı ştatdır. D.Titus -ANKA  ilə onillərlə birgə çalışan, 118 nəfərlik Konqres Erməni Qrupunun  üzvüdür. ANCA internet səhifəsində onun Azərbaycana qarşı və  ermənipərəst olan 21 qanun, qətnamə və s. keçirilməsində fəallığı başğa konqresmenlərə nümunə kimi təqdim edilir.

Araşdırma göstərir ki, sanksiya planı cari ilin aprelində ortaya çıxmayıb, uzun müddət hazırlanan layihədir. Belə ki, son 2 ildə qondarma artsaxın sabiq ombudsmanı Artak Beqlaryan, sonuncu müvəkkili Geqamyan, o cümlədən, Ermənistanın sabiq ombudsmanı A.Tatoyan, bütün dünya böyu insan haqları təşkilatlarına sızan ermənilər və diaspor muzdluları davamlı olaraq, ANCA rəhbərliyi ilə işbirliyində: Azərbaycanın müharibə cinayətləri, saxta Laçın blokadası və s. lə bağlı sənədlər, qətnamələr hazırlanması yönündə şəbəkələşmənin təşkili yönündə birgə çalışıb. Məqsəd sonda ANCA-nın, erməni diapsoru və lobbisinin hazırladığı “qanun layihələrini” bu və ya digər  deputat üzvlərinin adından Konqresə təqdimi və qəbuluna nail olmaqdır.

Habelə, A.Hamparyan  tədbiri erməni lobbisinin “özünün ad gününə hədiyyə etməsi”ilə bağlı da paylaşım edib.

Alex Galitsky - Providence

Aleks Qalitski

ANCA-nın Vaşinqton üzrə proqram direktoru Aleks Qalitskinin bir paylaşımı bu fəaliyyətlə bağlı özünüifşa olması diqqəti cəlb edir. Sitat: “Nəhayət, aylarla D.Titusla üzərində çalışdığımız Azərbaycanda insan hüquqlarına məsul rəsmilərə sanksiya tətbiqinə dair qanun layihəsi” ərsəyə gəldi, yəni, layihəni qlobal erməniliyin ANCA-ilə birgə hazırladığı aşkar şəkildə qeyd edilir. A.Qalitskinin ötən 2023-cü ilin yayından,katolikos I Aramın Konqresdə çıxışı ilə intensivləşən iş prosesinin gedişatı ilə bağlı paylaşımları, D.Titus Nevada ermənilərinin təşkilatı ilə birgə tədbirdə onların müdafiəsi ilə bağlı söz veməsi və s. faktlar ortadadır.

  • Aprelin 24-də Baydenin qondarma soyqırımla bağlı 3 cümləlik açıqlması və ermənilərin hiddəti

      Aram Hamparyanın qeyd etdiyi kimi, 18 aprel-soyqırım anma tədbirinin, burada səslənən sanksiya hay-küyünün əsas məqsədi Jo Baydenin hər il  24 aprel tarixində  verdiyi mesajına mütləq olaraq, “soyqırıma ədalət” deyərkən-bir kəlmə ilə də olsa “Artsax-2023” sözünü əlavə etməyə nail olmaq idi. Lakin qondarma “soyqırım anım günündə”  J.Bayden cəmi 3 abzaslıq şablon açıqlaması ilə[6] erməni diasporu və lobbisinin niyyətlərini məhv etdi. J.Bayden “artsax” kəlməsini demədi və bununla da Xankəndində  “etnik təmizləmə” söhbətlərinə “sıfır reaksiya” verdiyini  isbatlamış oldu.

Xankəndində hərbi parad Yeni Sabah

    Erməni lobbisinə məxsus bütün mediada, ANCA-Vaşinqton ofisinin direktoru Aram Hamparyan Jo Baydenə təhqirlər yağdırdı. Sitat: Prezident Bayden  1915-ci ildən 1923-cü ilə qədər Türkiyənin ermənilərə qarşı törətdiyi soyqırımı sadəcə xatırlatmaqla-Azərbaycanın bu gün Artsaxın yerli ermənilərinə qarşı törətdiyi soyqırımdan danışmamaq üçün sui- istifadə etməsi utancverici idi. Onun yanaşması  aydındır: Azərbaycan rəhbərliyinə heç bir təzyiq, sanksiyalar -yoxdur; yeni soyqırımın qarşısını almaq, cəzalandırmaq, yerli erməniləri   geri qaytarmaq üçün heç bir addım  yoxdur”.  Prezident Bayden bu gün Azərbaycanın Artsax soyqırımına göz yumdu. Bu, sadəcə diqqətsizlik deyil. Xeyr - Prezident Bayden bu cinayətə şərikdir..Mənəvi və maddi ortaqdır. Vəzifəsinin ilk ilindən - bu günə qədər. Azərbaycan Artsaxa hücumla hədələyəndə o, Azərbaycanı silahlandırdı. Neftlə zəngin Əliyev rejimini gücləndirdi. Və Artsaxda heç bir humanitar proqramı maliyyələşdirə bilmədi.Azərbaycan Artsaxı blokadaya alanda barmağını belə qaldırmadı.”

Qeyd edək ki, nəinki Bayden, habelə layihə təşəbbüskarı D.Tutus özü də Nevada  ştatında saxta qoyqırım anımında “artsax” kəlməsini işlətməyib.

  • Sanksiya siyahısındakı adlara yerli media və sosial şəbəkələrdə reaksiya

Facemark

Sosial şəbəkələrin izlənilməsi göstərir ki,  44 günlük Vətən müharibəsi qəhrəmanlarının, Azərbaycan dövlətinin milli maraqlarının və dövlətçiliyinin keşiyində olan rəsmilərin adlarının sanksiya siyahısında yer alması olduqca hiddətlə qarşılanıb. Yəni “ Sanksiya təzyiqi” elə ilk andaca tamamilə əks effekt verib. Xəbəri dünyaya ilk yayan Raufoğlunun, habelə Azad söz kanalının susğunluğu da sanksiya söhbəti və siyahının sadəcə dünya erməniliyinin patoloji revanşizm cəhdlərinin bariz ifadəsi, buna qarşı Azərbaycan xalqının haqlı hiddəti izah edir. Layihədə heç bir məntiqə sığmayan, insan haqları sahəsində çalışmayan, yaxud sadəcə xidməti vəzifəsini icra edərək müəyyən məhkəmə-prosessual işlərin icrasını aparan şəxslərin adları da  yer alıb. Bütün bunlar siyahının  dünya erməniliyinin “qisasçılıq aktı”-kimi tərtib etməsi səbəbindən tamamilə qərəzli olması-onun qeyri-ciddiliyi təəssüratını yaratdı.

Hətta 5-ci kalona aid olan internet platformalarında yazılan hiddətli şərhlər belə, Əli Kərimli və qeyrilərini sanksiya layihəsi ilə bağlı daha ehtiyatla danışmağa vadar edib.   (..bu hələlik sadəcə bir təşəbbüsdür..-Ə.Kərimli; ..”..” qanun layihəsi ABŞ siyasətinin üz qarasıdır”-Ə.Oruclu.). Osmanqızı isə demək olar ki, bununla bağlı susur..     Müxalif  cəbhə əsasən “siyahıda niyə digər rəsmilərin(adlar çəkilməklə) adları yoxdur?” kimi iradlar da bildirir.

  • “Qanun layihəsinin” təqdimi

Prezident Baydenin qondarma anım günündə “Artsax-2023” ifadəsini işlətməməsindən yaranan ruh düşkünlüyünə qərq olan erməni lobbisi  aprelin 26-da layihəni(H.R.8141-Azərbaycana qarşı sanksiyaların yenidən nəzərdən keçirilməsini təmin etmək."(H.R.8141-To provide for a review of sanctions with respect to Azerbaijan.) [7] -adı ilə təqdim edib. İlkin variantda adı: "Azərbaycanda Sanksiyalara Yenidən Baxış Aktı" olan sənədin sponsoru qismində Konqresin Erməni Qrupunun rəhbərləri, habelə,118 üzvündən-24 nəfəri çıxış edib. Faktiki olaraq, “sənəd” heç bir hüquqi əsası olmayan “erməni aktı”-dır. Layihənin təşəbbüskarı kimi  həmçinin,  Konqresdə Erməni Qrupuna F.Pallone ilə birgə rəhbərlik edən, “Enerji və Ticarət Komitəsi”nin üzvü-Gus Bilirakis təqdim edir. Bununla da, 73 yaşlı Dina Titusun sadəcə layihəni anons etmək üçün seçildiyi bəlli olur. Şəkil: Qanun layihəsini irəli sürən Konqres erməni qrupunun rəhbəri Bilirakis və başqaları:

Ardı var...

Əlavələr: Konqresin Tom Lantos İnsan Haqları Komissiyasının və Erməni Qrupun    həmsədri Kris Smit sanksiya layihəsini və  rəsmilərin siyahısını  sifariş edən, ötən il Konqresdə dinləmələr keçirən şəxsdir.Smir qondarma arsaxın sabiq ombudsmanı ilə  sanksiya hazırlığında 

Dina Titusun erməni diasporuna xidmətlərindən bəziləri

https://anca.org/congress/dina-titus-16771-117/

E.Makronun partiyasında onun müavini Astrid Ponosyan Buvet Vaşinqtonda Azərbaycana qarşı sanksiya layihəsi   tapşırığı ilə çıxış edir..

73 yaşlı Dina Titus Nevadadan- demokrat deputatdır. Hazırkı seçkilərdə Nevadadan respublikaçı D.Tramp liderdir:

Hamparyanın Baydeni təhqir etməsi.Sitat: “Bayden hər qaçqına dəfn mərasimi üçün  1-2 gül..cəmi 100 dollar-Azərbaycana isə etnik təmizləmə üçün  silah sursat verir..”

Hamparyan:..anım günündən cəmi bir neçə saat sonra Bayden Azərbaycana silah verir:

Sanksiya layihəsinə sponsor kimi qoşulan Konqres erməni qrupunun 24 üzvü:

Sanksiya kampaniyasını dəstəkləyən mərkəzə daxil olan beynəlxalq insan hüquqları təşkilatlarından bəziləri: Harri Kasparovun və s. ermənilərin ələ keçirdiyi qurumlar

[1] ABŞ Konqresi bir qrup azərbaycanlı dövlət məmuruna qarşı sanksiyalar haqqında qanun layihəsi hazırlayır //https://turan.az/az/siyaset/abs-konqresi-bir-qrup-azerbaycanli-dovlet-memuruna-qarsi-sanksiyalar-haqqinda-qanun-layihesi-hazirlayir

[2] Kapitoli-(Capitol)-ABŞ  Konqresinin iqamətgahıdır.

[3] https://www.youtube.com/watch?v=_NdoUMIxtzk

[4]  https://www.youtube.com/watch?v=_NdoUMIxtzk

[5] https://anca.org/congress/dina-titus-16771-117/

[6] https://www.whitehouse.gov/briefing-room/statements-releases/2024/04/24/statement-by-president-joe-biden-on-armenian-remembrance-day-3/

[7]  https://www.congress.gov/bill/118th-congress/house-bill/8141/cosponsors?s=1&r=1&overview=closed#tabs

02.05.2024 13:35
1107