ABŞ Konqresində Fələstinin tanınması çağırışı

ABŞ Nümayəndələr Palatasının ondan çox demokrat üzvü Tramp administrasiyasını Fələstin dövlətini rəsmi şəkildə tanımağa çağırıb.

"Biz, Fələstin dövlətçiliyini hələ tanımayan ölkələri, o cümlədən Birləşmiş Ştatları bu addımı atmağa səsləyirik", – deyə Axios portalının əldə etdiyi müraciət məktubunda qeyd olunub.

Musavat.com bildirir ki, məktubu imzalayanlar arasında Texas ştatından konqresmen-demokrat El Qrin də var. O, Konqresə Fələstinin dövlət kimi mövcudluq hüququnu tanıyan qətnamə layihəsi təqdim etməyi planlaşdırır.

Musavat.com

04.08.2025 14:49
444