ABŞ konqresi qondarma “artsax”la bağlı tədbir keçirəcək  


ABŞ Konqresi qondarma “artsax”la bağlı ermənilərlə birlikdə tədbir keçirəcək.

Musavat.com xəbər verir ki, bu barədə teleqramın erməni seqmentində məlumat yayılıb.

Məlumatda qeyd edilir ki, konqres liderləri, icma fəalları və koalisiya tərəfdaşları sentyabrın 19-da Kapitoli təpəsində toplanacaqlar.

Sərsəm açıqlama yayanlar qeyd ediblər ki, tədbir iştirakçılarının toplanmasında məqsəd 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycanın hərbi hücumunun birinci ildönümünü qeyd etməkdir.

26.08.2024 11:22
6252