ABŞ Konqresi Epşteyn işi üzrə on minlərlə sənədi dərc etdi

ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatı Komitəsi yetkinlik yaşına çatmayanlara təcavüz etməkdə ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynin işi üzrə 33 mindən çox materialı dərc edib.

Musavat.com xəbər verir ki, komitə həmin sənədlərin avqust ayında ABŞ Ədliyyə Nazirliyindən qəbul edildiyini açıqlayıb.

Komitənin məlumatına görə, aldığı sənədlərədn yalnız cinsi istismar qurbanlarının adları açıqlanan hissələr dərc olunmayıb.

Musavat.com

 

03.09.2025 09:00
343