“Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının əmri ilə Ukrayna prezidenti Volodimir Zelenski hakimiyyətdən uzaqlaşdırıla və güllələnə bilər”. ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skot Ritter jurnalist Denni Hayfona müsahibəsində bildirib.
“Ukraynada mülki və hərbi qüvvələr arasında münasibətlərin balansı pozulub, Zelenski ordunun baş komandanına qarşı casusluq edir, Zalujnı artıq siyasətlə məşğuldur. Mən yanvar və ya fevralda Ukraynada çevriliş olacağını proqnozlaşdırıram. Məncə, Zelenski Rumıniya lideri Çauşesku kimi güllələnəcək”, - ekspert qeyd edib. Ritter Zelenskini Hitlerə bənzədib və onun mətbuat konfransının tamamilə uğursuz olduğunu deyib. “Təsəvvür edin, nasist diktatoru 1945-ci ilin aprelində müsahibə versəydi, bu, belə görünərdi”, - deyə keçmiş casus yekunlaşdırıb.
“Hazırda Ermənistanla Rusiya arasındakı münasibətlər arzuolunmazıdr, həqiqi müttəfiqlik adlandırmaq olduqca çətindir”. Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin 2023-cü il ərzində ikitərəfli münasibətlərin durumunu şərh edərkən deyib. “Mən istərdim ki, münasibətlər daha da yaxşı olsun ki, bu Yeni ildə bir-birimizi yüksəliş, ölkələrimiz arasında münasibətlərin inkişafı münasibətilə təbrik etmək imkanımız olsun. Amma təəssüf ki, bunu edə bilmirəm. Ötən il dağlıq Qarabağdakı ermənilər üçün faciəli olub. Əminəm ki, təkcə Ermənistanda deyil, Rusiyada, ermənilərin yaşadığı bütün dünyada düşünən insanlar bütün bunları çox ağrılı qəbul edirlər. Bu, çox çətin hekayədir”, - rusiyalı deputat əlavə edib.
TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını polkovnik Şair Ramaldanov cavablandırır.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat