Qəzza zolağında evlərin sökülməsi fonunda ABŞ İsrailə 130 buldozerin tədarükünü dondurub.
Musavat.com xəbər verir ki, məlumatı İsrailin “Yedioth Ahronot” qəzeti yayıb.
“The Daily Mail” xəbər verir ki, İsrail Müdafiə Nazirliyi “Caterpillar” şirkətinin istehsalı olan D9 buldozerlərinin, ağır tikinti texnikasının alınması üçün müqavilə imzalayıb.
Medianın məlumatına görə, buldozerlər ilk növbədə Qəzza zolağında binaları sökmək üçün nəzərdə tutulub, bu da ABŞ-da ciddi daxili tənqidlərə və prezident Co Bayden administrasiyasına güclü təzyiqə səbəb olub, nəticədə təchizatı dondurub.
Mətbuat hazırda İsrail ordusunun Qəzzada istifadə etdiyi bir neçə mövcud D9 buldozerinin texniki xidmətə ehtiyacı olduğunu bildirir.
Musavat.com