ABŞ İraqın silahlı qruplaşmasını və liderini terrorçu elan edib

ABŞ Dövlət Departamenti İraqda fəaliyyət göstərən silahlı qruplaşma “Kətaib Seyid əş-Şühəda” və onun lideri Haşim Finyan Rəhim əs-Sərracı beynəlxalq terrorçular elan edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

Bu qərar Suriya və İraqda Amerika hərbçilərinin və bazalarının atəşə tutulmasından sonra verilib.

"Dövlət Departamenti bu gün “Kətaib Seyid əş-Şühəda” və onun baş katibi Haşim Finyan Rəhim əs-Sərracı xüsusi qlobal terrorçular kimi tanıyır", - Blinken deyib.

Onun sözlərinə görə, bu qrupun fəaliyyəti İraq və Suriyadakı ABŞ hərbçilərinin, eləcə də “İslam Dövləti”nə qarşı koalisiyadakı müttəfiqlərinin həyatı üçün təhlükə yaradır.

18.11.2023 03:44
459