ABŞ Maliyyə Nazirliyinin sanksiyaları İranın neft və neft-kimya sənayesi ilə əlaqəli istənilən şəxslərə şamil ediləcək.
Musavat.com xəbər verir ki, bunu ölkənin maliyyə naziri Janet Yellen deyib.
Nazirin bəyanatı Maliyyə Nazirliyinin saytında dərc olunub.
Orada qeyd olunur ki, İran rejimini gəlir mənbələrindən məhrum etmək üçün ciddi addımlar atılır: “İran iqtisadiyyatının neft və neft-kimya sektorlarında iştirak edən hər bir şəxs sanksiya rejiminə daxildir”.
Bəyanatda qeyd olunur ki, Maliyyə Nazirliyi bu qərarı ABŞ Dövlət Departamenti ilə birlikdə “ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün ifrat təhlükə” ilə əlaqədar qəbul edib.
Musavat.com