ABŞ İranın bir neçə raketini vurub


İranın İsrailə hücumu zamanı Aralıq dənizindəki ABŞ gəmiləri bir neçə raketi vurub.

Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Amerika müdafiə departamentinin nümayəndələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Amerika esminesləri Aralıq dənizinin şərqində raketləri ələ keçirib.

Bundan əvvəl İranın “İRNA” agentliyi iddia etmişdi ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər İranın İsrailə atdığı raketləri ələ keçirə bilməyib.

Agentlik bu qənaətə İsrail ərazisində hədəflərin məhv edildiyini göstərən kadrları və görüntüləri təhlil edərək gəlib. Eyni zamanda Ağ Ev ABŞ Hərbi Dəniz Qüvvələrinin esmineslərinin İranın hücumunun dəf edilməsində iştirak etdiyini bildirib.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbəsi endirdiyini açıqlayıb.

SEPAH xəbərdarlıq edib ki, İsrail hərbi reaksiya verərsə, sarsıdıcı cavabla üzləşəcək.
"The Jerusalem Post" qəzeti məlumat yayıb ki, İrandan İsrailə 400-dən çox raket atılıb.
İndiyədək hava hücumları nəticəsində 4 nəfərin həlak olduğu bildirilir.

Şahanə Rəhimli
Musavat.com

02.10.2024 10:38
613