ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ Maliyyə Nazirliyi İrandan olan dörd şirkət və bir İslam Respublikası vətəndaşını sanksiyalar siyahısına əlavə edib.

Nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilən məlumatda “qara siyahı”ya salınan İran vətəndaşının Məhəmməd Hüseyni olduğu bildilrib.

Qurumdan qeyd edilib ki, məhdudlaşdırıcı sanskiaylar nüvə silahının yayılmasının qarşısının alınması üzrə tədbirlərin bir hissəsi kimi tətbiq edilib.

31.03.2022 04:10
556