ABŞ və İran arasında danışıqlar gələn həftə davam edəcək.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Onun sözlərinə görə, növbəti yüksək səviyyəli görüş 3 may tarixinə planlaşdırılıb.
Danışıqlar zamanı tərəflər qarşılıqlı hörmət əsasında razılığa gəlmək istəyini ifadə ediblər.
Qeyd edək ki, bu gün Omanda ABŞ və İran arasında dolayı danışıqların üçüncü raundu keçirilib.
Musavat.com