Qeyri-rəsmi nəticələrə görə, Donald Tramp ABŞ-ın 47-ci prezidenti seçilib.
Sərvətləri ilə tanınan Tramp prezidentliyindən də ciddi maaş alacaq. Bəs Donald Tramp nə qədər maaş alacaq?
Daşınmaz əmlak və sosial media gəlirləri
Donald Tramp “Trump Media & Technology Group”a məxsus sosial media şirkətindəki paylarından da əhəmiyyətli gəlirlər əldə edir. “Truth Social” adlı sosial media platformasının dəyəri son vaxtlar sürətlə artıb. Şirkətin səhm dəyəri ilin əvvəlindən 100 faizdən çox artdığı halda, yalnız keçən ay 85 faiz dəyər qazanıb. Bu artım onu göstərir ki, Tramp öz media şirkətindən ciddi gəlir axını əldə edə bilər.
Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində rəqibi Kamala Harrisə qalib gəlmək üçün lazım olan 270 nümayəndəni keçən və Harrisin qazandığı 226 nümayəndə ilə müqayisədə 295 nümayəndə qazanan Donald Tramp ABŞ-ın 47-ci prezidenti olub. Tramp bu yeni vəzifə ilə ildə 400 min dollar qazanacaq. Bununla belə, Trampın real sərvəti daşınmaz əmlak və sosial media investisiyalarına əsaslanır.//Lent.az