2025-ci ilin mart ayında ABŞ-ın ticarət kəsiri əvvəlki ayla müqayisədə 14 faiz artaraq rekord həddə - 140,5 milyard dollara çatıb.
Musavat.com xəbər verir ki, məlumatı ölkənin Ticarət Nazirliyi açıqlayıb.
Nazirliyin yenidən işlənmiş məlumatına görə, fevralda ticarət kəsiri əvvəllər bildirildiyi kimi, 122,7 milyard dollar deyil, 123,2 milyard dollar təşkil edib.
Qeyd edək ki, "Trading Economics" analitikləri orta hesabla kəsirin əvvəllər bildirilən fevral səviyyəsindən 137 milyard dollara qədər artacağını gözləyirdilər.
Musavat.com