ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Ukraynaya dəstək mövzusunda jurnalistlərə açıqlama verib.
Musavat.com xəbər verir ki, Metyu Miller ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımı göstərmək qabiliyyətinin azaldığını bildirib.
"Ukraynaya yardım baxımından "çəlləyin dibindəyik", - deyə, Metyu Miller fikrini ifadə edib.
O, Ukraynanı çox çətin qışla qarşı-qarşıya qalacağını da bildirib, həmçinin konqresmenlərin Ukraynaya yardımı davam etdirmək üçün Ağ Evi dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
Musavat.com