ABŞ-ın neft ehtiyatları azaldı – Qiymətlər ARTDI

ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə ərzində 4,5 milyon barel azalaraq oktyabrın 13-nə 419,7 milyon barel təşkil edib.

Musavat.com ölkənin Energetika Nazirliyinə istinadən xəbər verir ki, ABŞ-ın kommersiya neft ehtiyatlarının hazırkı səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta səviyyədən təxminən 5 faiz aşağıdır.

Qeyd edək ki, ABŞ-ın neft ehtiyatlarına dair həftəlik göstəricilər neft bazarında qiymətlərə təsir edən mühüm amillərdən biri hesab olunur.

Ehtiyatların azalması qiymətlərə artırıcı, azalması isə əksinə, artırıcı təsir göstərir. Ötən həftəyə dair rəqəmlər açıqlandıqdan sonra dünya bazarında neft qiymətləri 0,50 sentə qədər bahalaşıb.

Musavat.com

18.10.2023 20:22
1081