ABŞ-ın İraqdakı hərbi bazalarına hücum olub.
Bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın ölkənin şərqindəki Ayn əl-Əsəd və Suriya-İraq-İordaniya sərhədindəki Əl-Tənf hərbi bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub. Hər iki PUA havada vurulub.
Qeyd olunub ki, hücum ABŞ-ın dövlət katibi Antoni Blinkenin İraqa səfərindən sonra baş verib. (Report)