ABŞ-ın İran hədəflərinə hücumları haqda SON DƏQİQƏ məlumatları...

ABŞ-ın Suriyanın şərqində hücumları yerli vaxtla saat 23.30 radələrində başlayıb.

Musavat.com xəbər verir ki, ilkin zərbələr, ehtimal ki, ABŞ ilə koordinasiyalı hücumlarda iştirak edən İordaniya Kral Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.

ABŞ-ın Suriya və İraqa hücumları yerli vaxtla 00:00 (EST 16:00) radələrində başlayıb. Bombardman təxminən 30 dəqiqə davam edib. 

Bombalamalarda ABŞ döyüş təyyarələri ilə yanaşı birbaşa ABŞ-dan gələn B-1 bombardmançıları da iştirak edib. 

Qeyd edilir ki, İraqda 3, Suriyada 4 obyekti vurulub. Onlar bu 7 məntəqədə müəyyən edilmiş 85 hədəfi vurmaq üçün 125 sursatdan istifadə ediblər.

Qeyd edək ki, ABŞ İraq hökumətini hücumlardan əvvəl məlumatlandırmışdı. Hədəflərin əksəriyyəti artıq boşaldılmışdı ki, bu da ilkin olaraq 13 nəfərin ölümünə və daha çox obyektlərə maddi ziyan vurulmasına səbəb olub.  

 

Musavat.com

03.02.2024 03:50
1259