Noyabrın 21-də ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə uçuş-enmə zolağından çıxaraq Havay sahillərində suya düşüb.
Bu barədə "Hawaii News Now" nəşri yazıb.
Təyyarə Havaydakı dəniz bazasının uçuş-enmə zolağından çıxaraq Kaneohe körfəzinin dayaz sularına düşmək məcburiyyətində qalıb. Təyyarədə 9 nəfər olub, onların hamısı yüngül xəsarətlər alıb və sahilə çıxa biliblər.
Hadisə müşahidə və patrul üçün nəzərdə tutulan "Boeing P8 Poseidon" təyyarəsində baş verib.