ABŞ-ın ehtiyatları yenə azaldı

Ötən həftə ABŞ-da kommersiya neft ehtiyatları 4,47 milyon barrel azalaraq 413,04 milyon barrelə düşüb.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında məlumat açıqlanıb.

Həftə ərzində benzin ehtiyatları 1,54 milyon barel azalaraq 220,08 milyon barel təşkil edib. Kommersiya distillat ehtiyatları isə 2,23 milyon barel azalaraq 122,92 milyon barrelə düşüb.

Mütəxəssislər neft ehtiyatlarının 1,43 milyon barrel azalacağını, benzin ehtiyatlarının 200 min barrel artacağını və distillat ehtiyatlarının 1,19 milyon barrel azalacağını gözləyirdilər.

Musavat.com

25.09.2024 19:31
222