ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə 34 trilyon dolları keçib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.
Qeyd edilib ki, ölkənin dövlət borcu 34,001 trilyon dollar təşkil edib. Bu, 2023-cü ildə 4 trilyon dollardan çox artım deməkdir.
Xatırladaq ki, ötən ilin sentyabrında bu rəqəm 33 trilyon dollar idi.
Musavat.com