ABŞ-ın dövlət borcu AÇIQLANDI: 16 rəqəmlə ifadə olunur...

ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə 37 trilyon dollar həddini keçib.

Musavat.com xəbər verir ki, məlumatı bu ölkənin Maliyyə Nazirliyi açıqlayıb.

Nazirliyin saytında verilən məlumata görə, ödənilməmiş dövlət borcunun avqustun 11-nə olan ümumi məbləği - 37 004 817 625 842,56 ABŞ dolları təşkil edir.

Qeyd edək ki, ABŞ-ın dövlət borcu 2024-cü ilin iyulunda 35 trilyon dollar, noyabrında 36 trilyon dollar həddini keçmişdi.

Musavat.com

13.08.2025 09:25
752