ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kiyevə gəlib- FOTO

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Kiyevə gəlib.

Azpost.info xəbər verir ki, bu barədə BMT-nin kommunikasiyalar üzrə direktoru Neyt Evans “Tvitter”də yazıb.

Evans bildirib ki, səfər ABŞ-ın Ukraynaya sarsılmaz dəstəyini nümayiş etdirəcək.

“Bloomberg” xəbər verir ki, bir neçə gün əvvəl ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Kiyevə səfər edib. Onun sözlərinə görə, Sallivan Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski, eləcə də onun ofisinin rəhbəri Andrey Yermakla görüş keçirib.

08.11.2022 20:00
546