ABŞ-ın birinci xanımı koronavirusa yoluxdu

ABŞ-ın birinci xanımı Cil Bayden COVID-19-a yoluxub və yüngül simptomları var.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Bu gecə birinci xanımın COVID-19 testi müsbət çıxıb. Hazırda onun yalnız yüngül simptomları var. Xanım Bayden Delaver ştatının Rehobot Biç bölgəsindəki evində qalacaq”, - sənəddə deyilir.

Son gələn xəbərlərə görə, prezident Baydendə testlər mənfi çıxıb. Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin yazılı bəyanatında deyilir.

Musavat.com

05.09.2023 13:30
360