ABŞ husilərə qarşı ilk dəfə BU SİLAHDAN istifadə etdi

ABŞ Hərbi Hava Qüvvələri nüvə silahı daşıya bilən “B-2 Spirit” strateji gizli bombardmançılarından istifadə edərək husilərə qarşı ilk zərbəni endirib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat İsrail müttəfiqlərinin İran qarşısında güc və imkanlarının növbəti nümayişi olub.

Əməliyyatdan sonra Pentaqonun rəhbəri Lloyd Ostin beş hədəfin vurulduğunu açıqlayıb:

"Birləşmiş Ştatlar yerin nə qədər dərinliyində olmasından asılı olmayaraq, düşmənlərimizin əlçatmaz saxlamaq istədikləri hədəfləri vurmaq qabiliyyətinə malikdir".

CNN ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır ki, hücuma məruz qalan obyektlərdə husilərin Qırmızı dəniz və Ədən körfəzində mülki gəmilərə hücum etmək üçün istifadə etdiyi silahlar olub.

Ostin vurğulayıb ki, Vaşinqton Qırmızı dənizdə gəmilərə hücumları dayandırmaq üçün tədbirlər görməkdən çəkinməyəcək.

İqbal RZAYEV,
Musavat.com

 

17.10.2024 09:31
682