“ABŞ hökuməti fəaliyyətini dayandırmalı olacaq” - Tramp

“Əgər Co Bayden administrasiyası Konqresdəki respublikaçılara yeni maliyyə ili üçün büdcə ilə bağlı “ədalətli razılaşma” təklif etməsə, ABŞ hökumətinin məcburi bağlanmasını tələb etməlidirlər”.

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp NBC telekanalına müsahibəsində deyib.

“Əgər onlar ədalətli razılaşma əldə edə bilmirlərsə, mən bunu tam dəstəkləyirəm”, - deyə Tramp müxbirin sualına cavabında bildirib.

O, daha sonra əlavə edib: “Ölkəmizi xilas etməliyik. İndi 35 trilyon dollar borcumuz var”.

Qeyd edək ki, Ağ Ev yeni maliyyə ili üçün (ABŞ-da oktyabrın 1-dən başlayır) büdcə ilə bağlı Konqresdəki respublikaçılarla razılığa gələ bilməsə, ABŞ hökumətinin fəaliyyətini məcburi dayandırmalı olacaq.

Musavat.com

17.09.2023 19:48
521