ABŞ Hizbullaha qarşı sanksiyalar tətbiq etdi

ABŞ Hizbullaha qarşı sanksiyalar tətbiq edib. 

Musavat.com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. 

Məlumatda qeyd edilir ki, ABŞ Hizbullaha milyonlarla dollar vəsait göndərən Livan şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq edir. Təşkilatın maliyyə bölməsi ilə əlaqəsi olan üç nəfər sanksiyalar siyahısına salınıb. Bundan əlavə, Livanda yerləşən 4 şirkətə qarşı məhdudiyyətlər tətbiq edilib.

Qeyd olunur ki, ABŞ Maliyyə Nazirliyinin sanksiyalarına Suriyadakı Bəşər Əsəd rejimini və onun müttəfiqlərini maliyyələşdirən amfetamin istehsalı və satışı ilə məşğul olan 3 nəfər də daxildir. 

 

Musavat.com

17.10.2024 01:52
175