Ermənistan Müdafiə Nazirliyi ABŞ hərbi təlimatçılarının ölkəyə gəldiyini açıqlayıb.
Musavat.com xarici mediaya istinadla xbər verir ki, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq çərçivəsində ABŞ-dan hərbi təlimatçılar bazar ertəsi, aprelin 1-də Ermənistana gəliblər.
“Ermənistan-Amerika müdafiə əməkdaşlığı çərçivəsində aprelin 1-də bir qrup ABŞ mobil təlimatçısı Ermənistan Respublikasına səfər edib”,- mətndə deyilir.
Qeyd edək ki, son bir ildə amerikalı hərbi təlimçilər dəfələrlə Ermənistana gəliblər və erməni hərbçilərə təlim keçiblər. Ötən il hər iki ölkənin hərbi qüvvələrinin birlikdə təlimə qatılıblar.
Musavat.com