ABŞ Maliyyə Nazirliyi Fələstinin HƏMAS qruplaşmasının 6 yüksək vəzifəli rəsmisinə sanksiya tətbiq edib.
Musavat.com xəbər verir ki, məlumat nazirliyin açıqlamasında yer alıb.
Məlumata görə, sanksiyalar qrupun xaricdəki nümayəndələrini, HƏMAS-ın hərbi qanadının yüksək rütbəli üzvlərini, qrupun vəsait toplama səylərini və Qəzzaya silah qaçaqmalçılığını dəstəkləyənləri hədəf alıb.
Qrupun sanksiyaya məruz qalan üzvləri arasında HƏMAS-ın hərbi qanadının uzun müddət üzvü olmuş, hazırda Türkiyədə məskunlaşmış Əbd ər-Rahman İsmayıl Əbdürrəhman Qənimət də var.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Türkiyədə yerləşən digər iki məmur, Rusiya ilə HƏMAS-ın təmaslarında iştirak edən Qəzza əsilli bir üzv və əvvəllər Qəzza sərhəd keçidlərinə nəzarət edən, qrup adından açıq danışmaq səlahiyyəti olan bir lider də var.
Musavat.com