ABŞ və Aİ Gürcüstanda iddia edilən seçki pozuntuları ilə bağlı hansı qurumun araşdırma apara biləcəyi ilə bağlı məsləhətləşir.
Musavat.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Mən ifadəmdə qeyd etməmişəm ki, bu araşdırma Gürcüstan rəsmiləri tərəfindən aparılmalıdır. Hansı qurumun belə bir araşdırma üçün uyğun ola biləcəyi ilə bağlı avropalı tərəfdaşlarla məsləhətləşirik”, - ABŞ xarici siyasət idarəsinin rəsmi nümayəndəsi bildirib. Miller vurğulayıb ki, ölkə əhalisinin 80%-dən çoxu ölkəni Avropa İttifaqı və NATO-da görmək istəyir və “avtoritarların siyasətini gücləndirmək istəmir.
“Bu il biz ardıcıl olaraq Gürcüstan hökumətinə müraciət etmişik ki, antidemokratik hərəkətlərdən əl çəksin və Avro-Atlantik yola qayıtsın. Əgər Gürcüstan hökuməti kursu dəyişməsə, gələcək nəticələri istisna etmirik”, - Miller bildirib.
Şahanə Rəhimli
Musavat.com