ABŞ Energetika Nazirliyi neftin qiymətinə dair proqnozunu endirdi

ABŞ Energetika Nazirliyi 2024-cü ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu 3,4 faiz azaldaraq, bir barel üçün 87,79 dollardan 84,15 dollara endirib.

Musavat.com Nazirliyin aylıq hesabatına istinadən xəbər verir ki, qurum 2025-ci ildə Brentin qiymətinin əvvəlki proqnozda olduğu kimi bir barel üçün 85,38 dollar olacağını gözləyir.

Nazirlik bildirir ki, iyunun 2-də keçirilən iclasdan sonra OPEC+ bəyanatları qiymətlərə azaldıcı təsir göstərərək, iyunun 6-da qiymətləri 78 dollara endirib.

Nazirliyə görə, WTI markalı neftin qiyməti 2024-cü ildə 79,7 dollar, 2025-ci ildə isə 80,88 dollar təşkil edəcək.

Bundan əlavə, ABŞ Energetika Nazirliyi 2024-cü il üçün ölkədə neft hasilatı ilə bağlı proqnozunu dəyişməyib və hasilatı sutkada 13,2 milyon barel səviyyəsində gözləyir. 2025-ci ildə ölkədə gözlənilən neft hasilatı həcmi sutkada 13,7 milyon barel səviyyəsində saxlanılıb.

Nazirlik vurğulayır ki, ABŞ-da hasilatın 2023-cü illə müqayisədə artımı (o zaman istehsal həcmi sutkada 12,9 milyon barel idi) əsasən Perm hövzəsi, Eagle Ford formasiyası və Meksikadan dəstəklənəcək.

Musavat.com

11.06.2024 20:47
497